NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  BASKETBOL FEDERASİYASI

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə basketbol üzrə yoldaşlıq görüşü keçirilib.

Naxçıvan şəhərindəki “Gənclər şəhərciyi” yaşayış kompleksinin basketbol meydançasında təşkil edilən görüşdə “Naxçıvan” və “Lokomotiv” komandaları üz-üzə gəliblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının təşkil etdiyi görüş “Naxçıvan” komandasının 38:27 hesablı qələbəsi ilə yekunlaşıb.

Sonda hər iki komandanın üzvləri mükafatlandırılıblar.