24 iyul 2020-ci il tarixdə Gənclər şəhərciyindəki basketbol meydançasında “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Sədərək və Kəngərli rayon komandaları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
Görüş 41:39 hesabı ilə Sədərək rayon komandasının qələbəsi ilə başa çatıb.
Sonda hər iki komandaya basketbol topu hədiyyə olunub.
26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə basketbol üzrə yoldaşlıq görüşü keçirilib.
Naxçıvan şəhərindəki “Gənclər şəhərciyi” yaşayış kompleksinin basketbol meydançasında təşkil edilən görüşdə “Naxçıvan” və “Lokomotiv” komandaları üz-üzə gəliblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının təşkil etdiyi görüş “Naxçıvan” komandasının 38:27 hesablı qələbəsi ilə yekunlaşıb.
Sonda hər iki komandanın üzvləri mükafatlandırılıblar.