NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  BASKETBOL FEDERASİYASI

Basketbol üzrə “İnşaatçı-1” və “İnşaatçı-2” idman klubları 16 mart 2002-ci il tarixdə dövlət qeydiyyatından keçdikdən sonra Naxçıvan Muxtar Respublika Basketbol Federasiyası 18 mart 2002-ci il tarixdə dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Federasiyaya 2002-2006-cı illərdə Sadiqov Fazil Kamil oğlu rəhbərlik etmişdir Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonlarında və Naxçıvan Dövlət Universitetində oğlan qrupları, Culfa rayon Yaycı kəndində və Naxçıvan şəhərində qız qrupları fəaliyyət göstərmişdir.

2007-2013-cü illərdə Federasiyaya Həsənov Nadir Fərman öğlu rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə federasiyanın Naxçıvan şəhərində, Culfa, Ordubad,və Babək rayonlarında oğlan qrupları fəaliyyət göstərmişdir.

Aprel 2013-cü il tarixdən Mahir Nəriman oğlu Əliyev rəhbərlik edir.Hazırda federasiyanın Naxçıvan şəhərində üç olmaqla Ordubad, Culfa, Babək, Sədərək, Şərur, və Şahbuz rayonlarında oğlan qrupları fəaliyyət göstərir.