14 mart 2015 -ci il tarixdə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasi Basketbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək kişilər arasında Muxtar Respublika Çempionatının açılış mərasimi keçirilmişdir.
Açılış mərasimində Basketbol Federasiyasının sədri Mahir Əliyev çıxış ederek bu mühüm idman yarışı münasibəti ilə idmançıları və azarkeşləri təbrik etmiş, Basketbol idman növünün bundan sonra da inkişafı istiqamətində yeni-yeni tədbirlərin, idman yarışlarının keçiriləcəyini bildirmişdir.
İlk turda yarışacaq olan komandalara uğur diləyən Federasiya sədri çempionata start vermişdir.
İlk turda Naxçıvan və Babək komandaları meydana çıxmışdır.
27 fevral 2015-ci il tarixdə Naxçıvan MR Basketbol Federasiyasının yığıncağı keçirilmişdir. Yığıncaqda Basketbol Federasiyasının ötənilki nəticələri, qarşıda duran vəzifələr müzakirə edilərək görüləcək işlərlə bağlı tədbirlər planı təsdiq edilmişdir.